Əlaqə Arxiv
news Image
2018.02.23
09:00
| A A A
Qarabağ münaqişəsi Ermənistanın sonunu gətirir
Məhəmməd Əsədullazadə: “Növbəti illərdə Ermənistanın bir dövlət kimi iqtisadi təsisatları tamamilə iflas olacaq” Zərdüşt Əlizadə: “Ermənistan rəhbərləri ölkə üçün xoş gələcək vəd etməyən siyasət yürüdüblər”

Məlumdur ki, Ermənistan regionda həyata keçirilən bütün iqtisadi layihələrdən kənarda qalıb. Bununla da potensial gəlirlərdən məhrum olub. Belə vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin davamı fonunda Ermənistanın mövcudluğunu davam etdirməsi ciddi sual altına düşür.  Bu xüsusda hətta bəzi ermənilər belə açıq etiraflar edirlər. Ancaq buna rəğmən, hələ də Ermənistanın Qarabağ siyasətini dəyişdirməməsi maraq doğurur. 

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanın 25-ildən artıqdır davam edən işğalçılıq siyasəti bu ölkənin iqtisadi blokadasına və regional lahiyələrdən kənarlaşdırılmasına səbəb olub: “Azərbaycan atəşkəs dövründə geoiqtisadi lahiyələr həyata keçirərək, özünün iqtisadi inkişafını təmin edib. ABŞ və Avropanın dəstək verdiyi Cənubi Qafqazada iqtisadi və nəqliyyat  lahiyələrinin həyata keçirilməsi regionda Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb. Belə bir fonda rəsmi İrəvanın apardığı işğalçılıq siyasəti bu ölkənin beynəlxalq iqtisadi lahiyələrdən geri saxlamaqla əhalisinin demoqrafiq drumuna mənfi təsir edib. Ölkə əhalisi sosial və iqtisadi problemlər girdabında xaricə miqrasiya edir. 
Təbii ki, belə olan təqdirdə Serj Sarkisyan rejiminin siyasi dayaqları laxlayacaq. Bu ölkə İran və Gürcüstanla planladığı nəqliyyat lahiyələrini də maliyyə çətinliyindən həyata keçirə bilmir. Apreldə Ermənistanda hakimiyyət strukturlarındakı dəyişiliklərdən sonrada da  iqtisadi inkişaf mümkün olmayacaq. Çünki, bu ölkə iqtisadi və maliyyə cəhətdən Rusiyadan asılıdır. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar dolayı yolla Ermınistana da təsir edəcək. Ona görə də növbəti illərdə Ermənistanın bir dövlət kimi iqtisadi təsisatları tamamilə iflas olacaq. Bu ölkə işğalçılıq siyasətindən əl çəkməyənə qədər iqtisadi defoltu davam edəcək.  
Ermənistanın baş naziri Karen Karapetyanın 2022-ci ilə qədər nəzərdə tutduğu iqtisadi inkişaf planının demək olar ki, mümkünsüz olduğu ortadadır. Ermənistanın hazırda 7 milyard dollar xarici borcunu nəzərə alsaq, yaxın perspektivdə bu ölkəyə xarici investisiya yatırılması və beynəlxaq təşkilatlar tərəfindən  kreditlərin ayrılması həyata keçməyəcək”.
Digər politoloq Zərdüşt Əlizadə bildirdi ki, Ermənistan hakimiyyətində Rusiyanın casusları əyləşib: “Serj Sarksiyan, Robert Köçəryan, Levon Ter-Petrosyan da Rusiyanın casusları olublar. Onların hamısı Rusiya siyasətinə görə Ermənistan xalqını bada veriblər. Ermənistan üçün xoş gələcək vəd etməyən siyasət yürüdüblər. Öz “ağa”larının sifarişlərini yerinə yetiriblər. 
Düzdür, Ermənistan regional layihələrdən kənarda qalıb. Ancaq beynəlxalq Qarabağ layihəsi də var ki, Ermənistan ondan kənarda deyil.  Böyük güclər də münaqişə vasitəsi ilə bölgəni idarə etmək istəyirlər. Nəticədə Ermənistan Rusiyadan silah, maddi yardım, Qərbdən də yardımlar alır. Bu da bir layihədir. Yəni, biz dünyaya neft və qaz satırıqsa, Ermənistan da dünyaya Qarabağı satır”. 

Sizin Reklam Yeriniz