Əlaqə Arxiv
news Image
2018.02.23
11:24
| A A A
Türkiyə ordusu terrorçuların 40 avtomobilini məhv etdi - FOTO

Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatının davam etdiyi Afrində terrorçulara məxsus 30-40 avtomobildən ibarət karvanını zərərsizləşdirib. Bu barədəAzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, 30-40 avtomobildən ibarət karvan Afrinə cənub-şərq istiqamətindən yaxınlaşıb. Türkiyə Silahlı Qüvvələrinin Artilleriya hissələri PYD/PKK və İŞİD yaraqlılarının avtomobil karvanın Afrinə 15 kilometr qalmış zərərsizləşdiriblər.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı davam edir.

Ötən gün Türkiyə Baş Qərargahının yaydığı məlumata görə, 24 saat ərzində 8 kənd terrorçulardan azad edilib. 

İndiyədək Afrində 99 mövqe PKK, PYD, YPG, İŞİD yaraqlılarından təmizlənib, 1829 terrorçu məhv edilib.

Xatırladaq ki, yanvarın 20-da Türkiyə Silahlı QüvvələrSuriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

azvision.az

Sizin Reklam Yeriniz