news Image
2013.03.29
10:47
| A A A
Silah sazişinə İran ilə Koreyadan maneə

Beynəlxalq Silah Ticarətini təşkil etmək üçün hazırlanan razılaşmaya İran və Şimali Koreya mane olub. Sazişin qəbul olunması üçün bütün üzv dövlətlərin təsdiq etmələri lazım idi. 


Movqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-dakı silah ticarəti konfransı zamanı edilən müzakirələrdə, əvvəlcə İran, sonra da Şimali Koreya əleyhinə səs verib. 


Tələb olunan razılaşmalar arasında silah satışına qoyulan embarqoları aradan götürmədən istiqamətləndirilməsi də yer alır.

Müqavilə layihəsi təsdiq üçün BMT Baş Assambleyasına göndərilir.

Qeyd edək ki, səsvermə olarsa müqavilənin, sanksiya gücü olmadan qəbul ediləcəyi qətidir.