Əlaqə Arxiv
news Image
2018.02.23
19:40
| A A A
Filippin Prezidenti ordunun Yaxın Şərqdəki münaqişələrdə iştirakına qadağa qoyub

Filippin Prezidenti Rodriqo Duterte bu ölkənin ordusunun Yaxın Şərqdəki münaqişələrdə iştirakına qadağa qoyub. Hətta ABŞ xahiş etsə belə bu qadağa tətbiq ediləcək.

AZƏRTAC ABS-CBN telekanalına istinadla xəbər verir ki, Prezidentin bu qərarı Küveytə qazanc dalınca gedən filippinli qulluqçu xanımın qətli ilə əlaqədardır. Prezident bildirib ki, bundan sonra Filippin ordusu həmin əməliyyatlarda iştirak etməyəcək.

Prezidentin mətbuat katibi Qarri Rok bəyan edib ki, Filippin öz ordusunu yalnız əməkçi miqrantların hüquqlarının qorunmasına zəmanət verən beynəlxalq konvensiyaları imzalamış ölkələrdə yerləşdirəcək. Q.Rok, həmçinin qeyd edib ki, R.Duterte administrasiyası Küveytdən Filippin vətəndaşının qətlində təqsirli bilinənlərin cəzalandırılmasını tələb edəcək.

Telekanalın bildirdiyinə görə, hazırda 10 milyona yaxın filippinli xarici ölkələrdə müxtəlif xidmət sahələrində çalışır.

Sizin Reklam Yeriniz