Əlaqə Arxiv
news Image
2018.02.24
09:00
| A A A
İƏT Ermənistana sanksiya tətbiq edən ilk beynəlxalq qurum ola bilər
Elçin Mirzəbəyli: “İƏT Ermənistanı işğalçı ölkə kimi tanıyıbsa, quruma üzv dövlətlər tərəfindən İrəvana münasibətdə sanksiyalar qismində adekvat addımlar da atılmalıdır”

İslam Əməkdaşlıq Təşkilatı  (İƏT)  Ermənistanı işğalçı ölkə kimi tanıyır. Amma qurum üzvləri işğal faktına görə Ermənistana hələ də sanksiya tətbiq etmir. Bəzi İƏT ölkələrinin Ermənistanla heç bir münasibətlərinin olmaması fonunda digərlərinin Ermənistana qarşı analoji addımlar atması mümkündürmü? İslam Əməkdaşlıq Təşkilatı Ermənistana sanksiya tətbiq edən ilk beynəlxalq qurum ola bilərmi? 

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, İƏT Ermənistanı işğalçı ölkə kimi tanıyıb. Bu fonda quruma üzv dövlətlər İƏT-in həmin qərarına istinad etməklə Ermənistana münasibətdə sanksiyalar da tətbiq etməlidir və edə bilərlər: “Həqiqətən də İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı işğalçı ölkə kimi tanıyan qərar qəbul edib. Bu fonda işğalçı ölkəyə münasibətdə bəzi İƏT ölkələri heç bir münasibət saxlamadıqları kimi, quruma üzv digər dövlətlər də anoloji addım ata bilərlər və atmalıdırlar. Çünki İƏT-in həmin qərarının qəbul edilməsi prosesində Ermənistanla bu və ya digər şəkildə əməkdaşlıq yaradan ölkələr də iştirak edib. Yəni, Ermənistana Azərbaycan ərazilərini işğal etdiyi, eyni zamanda bu təcavüzkar ölkənin azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiyi bir faktdır. Hansı ki, bu fakt da İƏT tərəfindən tanınıb. Ona görə həmin fakta istinad etməklə İƏT-ə üzv olan, ancaq Ermənistanla bu və yaxud digər şəkildə münasibət quran ölkələr bu əməkdaşlıqdan imtina etməlidirlər. 
Təəssüf ki, bir çox hallarda digər beynəlxalq təşkilatlar kimi İƏT-in də bu müstəvidə Ermənistana qarşı hansısa sanksiyalar tətbiq etmək mexanizmləri yoxdur. Ona görə də sanksiyaların tətbiq edilməsi prosesi bilavasitə İƏT-ə üzv olan dövlətlər tərəfindən həyata keçirilə bilər. Yəni İƏT üst qurum deyil ki, sanksiyalarla bağlı özü qərar qəbul edə bilsin. Hər halda düşünürəm ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım aktını tanımaq, eyni zamanda İrəvan rejiminin Azərbaycan torpaqlarını işğal altında saxladığını bəyan etmək və onu pisləməklə yanaşı, İƏT üzv ölkələrə Ermənistanla əməkdaşlığı yenidən baxmağı da tövsiyə edə bilər. Belə bir qərarın qəbul olunması müsbət hadisə olardı. Bu mənada əslində, İƏT-in Ermənistana qarşı sanksiyalar tətbiq edəcək ilk beynəlxalq qurum olmasına əsaslar da var. Həmin dövlətlər Ermənistanın işğalçı olduğu və Azərbaycana qarşı soyqırım həyata keçirdiyini bəyan ediblər. Həmin dövlətlər tərəfindən qəbul olunan bu qətnamələr dəstəklənib. Şübhəsiz ki, dəstəklənibsə, bunun müqabilində İƏT-ə üzv dövlətlər tərəfindən adekvat addımlar da atılmalıdır. Bu kimi məsələdə sadəcə, sözlə keçinmək doğru yanaşma olmazdı. Təbii ki, inperativ şəkildə İƏT üzv dövlətlər qarşısında belə bir tövsiyyə xarakterli bəyanat çıxış edər bilər və bəyanat icra olunmazsa,  həmin dövlətlərin qurum çərçivəsində qeyri-səmimi davrandıqları bir daha ortaya çıxar. Yəni kimin-kim olduğunun müəyyənləşməsi baxımından düşünürəm ki, İƏT-in Ermənistanı işğalçı dövlət kimi tanıması ardından ona qarşı sanksiyalar tətbiq etməsi də vacib məsələdir”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz