Bakı-Quba yolundakı körpüdə yaranan problemlə bağlı təmir-bərpa işləri başa çatdırılıb
Bakı-Quba yolundakı Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci
kilometrliyindəki yaranan problemi ilə bağlı təmir-bərpa işləri
başa çatdırılıb. Bu barədə bazar ertəsi Trend-ə Nəqliyyat
Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri
Pünhan Mürsəliyev məlumat verilib.
Onun sözlərinə görə, körpüdəki hərəkət zolaqlarının arasındakı boşluq hissəsində təkər qaytaranlar ləğv edilib və aradakı məsafə birləşdirilərək asfal törtüyü çəkilib.
Qeyd edək ki, ötən həftənin cümə axşamı körpüdə hərəkət zolaqlarının arasındakı boşluq hissəsində təkər qaytaranlar uçub, nəticədə asfalt örtüyündə çökmə əmələ gəlmişdi. Təkər qaytaranların uçmasına səbəb avtomobillərin yüksək sürətlə idarə edilməsi olub.
Körpünün uzunluğu 42 metr, eni isə 15,6 metrdir.