news Image
2018.03.13
09:30
| A A A
Radikal müxalifətin Avropa gedişləri də iflasa uğradı
Niyaməddin Orduxanlı: “Əli Kərimlinin siyasətdə qalması radikal müxalifətin ən böyük uğursuzluğudur” Mais Səfərli: “Bu hal radikal müxalifətin əxlaqi dəyərlərdən uzaq olduğunun göstəricisidir”

Siyasi müstəvidə apardığı mübarizə uğursuzluğa düçar olduğundan, radikal müxalifət, xüsusən də onun Avropada olan təmsilçiləri açıq təhqirə, söyüşə keçiblər. Buna səbəb nədir və belə vəziyyət radikal müxalfiətin siyasə səhnədən gedişini sürətləndirə bilərmi? 

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının fikrincə, radikal müxalifətin təhqir və söyüşə keçməsi xaricdən ünvanlanan təxribatın nəticəsidir: “Siyasi proseslərdə təhqirlə müşayiət olunan hadisələr çox təəssüf doğurur. Azərbaycan cəmiyyətində bu cür hal indiyə kimi müşahidə edilməmişdi. Görünür, bir sıra qurumlar Azərbaycanın Şərq əxlaqına sahib olduğunu bilir. Fikrimcə, məhz bu amilə söykənərək dini dəyərlərimizin “təhqir” olunması görüntüsünü yaratmaq kimi addımlardan istifadə edirlər. Düşünürəm ki, həmin olay da təxribatdır. Bu cür təxribatları gündəmə gətirən zaman da onlar məhz radikal müxalifətin imkanlarından istifadə edirlər. Mitinq öncəsi Əli Kərimli və ona yaxın insanlar həmin məsələni həddən çox qabartmaqla göstərdilər ki, baş verən olay məhz təxribat xarakteri daşıyan bir hadisədir. Təəssüf doğuran odur ki, Azərbaycan cəmiyyətində Vidadi İsgəndərli kimi yaramaz, natəmiz adamlar bir alət olaraq istifadə olundular. Hər kəs nəyin baş verdiyinin fərqindədir. Azərbaycan cəmiyyəti kifayət qədər siyasiləşib və baş vermiş hadisələri yaxından izləyə bilirlər. Bu təxribat xarakterli olay sonda bumeranq effekti verərək, radikal müxalifətin özünə qarşı işlədi. Bu hal bir daha göstərdi ki, Azərbaycan cəmiyyəti belə təxribatlara inanmır. 
Əli Kərimli 25 ildir ki, radikal müxalifəti monopoliyaya alıb. Dünyanın heç bir ölkəsində radikal müxalifətin başında dayanan insanlar bu qədər müddətə siyasətdə olmayıb. Əli Kərimli çoxdan siyasətdən getməli idi.     Onun siyasətdə qalması radikal müxalifətin elə ən böyük uğursuzluğudur”.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, radikal müxalifət milli-mənəvi, əxlaqi dəyərləri də itirib: “Açıq söyüş və təhqirə yol vermək nəinki siyasi etikaya, əxlaqa, elementar insanlığa sığmayan bir hərəkətdir. Özlərini siyasətçi və ya qeyri-hökumət təşkilatının üzvü, hüquq-müdafiəçiləri hesab edənlərə bu kimi etikaya zidd hərəkərlərə yol vermək ümumiyyətlə, qətiyyən yaraşmır. Onlar  belə hərəkətlərə yol verirsə, deməli bununla öz iç üzlərini açıb gəstirmiş olurlar. 
Belələrinin nə siyasət, nə hüquq müdafiəçiliyi, nə də ümumiyyətlə insanlıqla əlaqələri yoxdur.  Bu, heç bir çərçivəyə sığmayan haldır. Radikal müxalifətin Avropada toplanmış nümayəndələri doğrudan da açıq təhqirə keçib. Bu hal hər şeydən əvvəl onların əxlaqi dəyərlərdən uzaq olduqlarının göstəricisidir. Yəni, onlar heç bir dəyəri və Azərbaycan xalqına heç bir aydiyyatı  olmayan adamlardır.  
Digər tərəfdən, belə vəziyyət həm də onların isterikada olduğunun sübutudur. Onlar başa düşürlər ki, bu fəaliyyətlə heç nə əldə edə bilməyəcəklər. Çünki Azərbaycan xalqı onları rədd edir, qəbul etmir. Ona görə də bu gün isterikaya qapılıblar. İsterikada olan adamdan isə hər şeyi gözləmək olar”.

Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs