news Image
2013.04.01
13:09
| A A A
Xaled Maşal yenidən "HƏMAS" lideri postuna seçilib

"Times of Israel"-in verdiyi məlumata görə, bazar günündən bazar ertəsinə keçən gecə Qahirədə anonim yolla aparılan səsvermədə Xaled Maşal yenidən HƏMAS lideri postuna seçilib. 


BBC-nin xəbər xidməti qruplaşma sıralarında olan mənbələrinə istinad etdiyi halda, HƏMAS nümayəndələri bu məlumatı hələ təsdiqləməyiblər. Bununla yanaşı, Misir və Qəzza bölgəsində olan mənbələr də seçkilərin, hələ olmadığını bəyan ediblər. 


Qeyd edək ki, HƏMAS lideri postuna seçkilər keçən ilin aprelindən müxtəlif səbəblərə görə təxirə salınıb. Belə şaiyələr yayılmışdı ki, Maşal özü bu postu tərk etmək istəyirdi, lakin bölgələr onu qalmağa əmin ediblər. 


 HƏMAS-ın rəhbər vəzifələrinə seçkilər dörd ildən bir gizli səsvermə yolu ilə keçirilir. 

Qeyd edək ki, Xaled Maşal Fələstində əsas siyasi fiqur hesab olunur. Bir sıra ölkələrin terrorist təşkilatı kimi tanıdıqları Fələstin siyasi partiyası 2004-cü ildə HƏMAS liderini elan etmişdi.

2012-ci ildə isə, Dəməşqdə qruplaşmanın ofisi bağlanıb və hərəkatın liderləri həmin vaxtdan Yaxın Şərqin müxtəlif bölgələrinə səpələniblər.