news Image
2018.03.13
12:00
| A A A
ATƏT PA sədri: Azərbaycan sabit iqtisadi marşrutun yaradılmasına böyük töhfə verir

Sabit iqtisadi marşrut İpək Yolu ölkələrinin ümumi məqsədidir və Azərbaycan İpək Yolu əməkdaşlığı çərçivəsində bu marşruta böyük töhfə verir.

Movqe.az-ın məlumatına görə, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında ATƏT PA-nın sədri Georgi Tsereteli deyib.

G.Tsereteli bildirib ki, iqtisadi layihələr ATƏT-in fəaliyyətinin ayrılmaz hissəsidir: "Dünya iqtisadiyyatının vəziyyəti mövcud problemlərin öhdəsindən gəlmək məqsədilə ölkələrin sıx əməkdaşlığını tələb edir".

PA sədri əlavə edib ki, iqtisadi çiçəklənmənin nailiyyətləri də marşrutun bütün ölkələri arasında əməkdaşlığı tələb edir: "Bakı-Tbilisi-Qars Şərqlə Qərb arasında marşrut yoluna ideal nümunədir. Oxşar layihələr dünya ölkələri arasında həyati əhəmiyyətli iqtisadi körpüdür".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs