news Image
2018.03.14
13:36
| A A A
Qasımi: “Azərbaycan, Türkiyə, İran və Gürcüstan XİN rəhbərlərinin görüşü regional təhlükəsizliyə töhfə verəcək”

“Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə, ölkələr arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək”.

 

Movqe.az APA-ya istinadən məlumatına görə, bunu İranXarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıya səfərini şərh edərkən deyib.

 

“Ümid edirəm ki, bu təşəbbüs ölkələrin mənafelərini təmin edəcək. Biz bu əməkdaşlığın regionun digər xalqları arasında dinc yaşayışın təmin edilməsinə töhfə verəcəyinə inanırıq. Bu iclasda  dörd ölkəni maraqlandıran siyasi məsələlər, o cümlədən regiondakı vəziyyət, qanunsuz narkotik dövriyyəsi ilə mübarizə, regional təhlükəsizlik, ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq”. 
 

 

Səfər çərçivəsində Məhəmməd Cavad Zərifin Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparılacaq. 
 

Qeyd edək ki, Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.