Əlaqə Arxiv
news Image
2018.03.14
17:37
| A A A
Prezident İlham Əliyev: TANAP layihəsi Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq

TANAP layihəsi Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək:

"Biz dostuq, qardaşıq, bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, bu gün də belədir, həmişə də belə olmalıdır. Bizi çox dərin əlaqələr bağlayır. Bu gün siyasi, iqtisadi, bütün başqa sahələrdə çox yüksək səviyyəli əməkdaşlıq edirik. Siyasi əlaqələrimiz ən yüksək zirvədədir. İqtisadi sahədə yaxşı nəticələr var. Keçən il ticarət dövriyyəsi artmışdır. Qarşılıqlı sərmayə qoyulur. Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə 10 milyard dollardan çox sərmayə qoymuşdur".

İlham Əliyev əlavə edib ki, bu sərmayə qoyuluşu davam edir və daha da böyük rəqəmlərə çatacaq:

"Bu il TANAP layihəsinin istismara verilməsini birlikdə qeyd edəcəyik. Bu, tarixi layihədir və uğurla başa çatır. Bizim ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq. Eyni zamanda, bu layihədən faydalanan ölkələr üçün yeni imkanlar açacaq. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını təntənəli şəkildə qeyd etdik. Bu gün bu yol artıq uğurla fəaliyyət göstərir. Bu, Bakı-Tbilisi-Ceyhan və TANAP-dan sonra üçüncü tarixi layihəmizdir ki, ölkələrimiz bu layihəni birlikdə icra edib. Yəni bütün sahələrdə bizim əməkdaşlığımızın çox gözəl nəticələri var. Bu nəticələr xalqlarımız üçün, ölkələrimiz üçün çox əhəmiyyətlidir və Avrasiya üçün də böyük əhəmiyyət daşıyır".

Sizin Reklam Yeriniz