Əlaqə Arxiv
news Image
2018.03.16
09:40
| A A A
Düşmən ölkədə hakimiyyətə qarşı yeni cəbhə
İlqar Vəlizadə: “Erməni diasporu erməni iqtidarına təzyiq edə bilər və indi də etməkdədir” Qabil Hüseynli: “Azərbaycan dövləti erməniləri bölgədəki reallıqları daha düzgün qavramağa və Azərbaycanın ərazi bütövlüyünü tanımağa vadar edə bilər”

Son dövrlərdə diasporla Ermənistan iqtidarı arasında ziddiyyətlərin daha sürətlə dərinləşməsi müşahidə olunur. Hətta Avropadakı lobbiçilərdən xarici investorları ayıq-sayıq olmağa və Ermənistana sərmayə yatırmamağa çağırışı qeydə alınır.  Buna səbəb isə ölkə rəhbərliyində Serj Sarkisyan və Karen Karapetyanın olmasıdır.  

Siyasilərin fikrincə, erməni diasporu ilə iqtidarı arasında gərginlik dərinləşdikcə, bu hal Ermənistanın dövlət siyasətində də özünü göstərəcək. Bu fonda hətta Qarabağ siyasətində də laxlamalar qaçılmaz olacaq. Siyasi şərhçi İlqar Vəlizadə bildirir ki, erməni diasporu  erməni iqtidarına təzyiq edə bilər və indi də etməkdədir: “Ona görə də erməni hakimiyyət Qarabağ probleminin həlli istiqamətində qəti addımlar atarsa, diaspor bütün vasitələrlə bu məsələyə müdaxilə etməyə çalışacaq. 2016-cı ildə «Daşnaksütyun» Partiyası ətrafında olan hadisələr onu göstərdi ki, həmin qrup erməni diasporu tərəfindən maliyyələşdirilir və idarə olunur. İndi də Ermənistanda bu cür qruplar çoxdur. Onlar dinc fəaliyyət göstərirlər. Halbuki, sifarş  veriləndə fəallaşa bilərlər. 
Eyni zamanda diasporu hakimiyyətdə birbaşa «Daşnaksütyun» Partiyası təmsil edir. D«Daşnaksütyun» Partiyası hakim partiya ilə koalisiyadadır. Son hadisələr göstərir ki, Serj Sarkisyan və onun komandası «Daşnaksütyun» Partiyası ilə münasibətləri pozmaq niyyətində deyil, əksinə möhkəmləndirirlər. Qarşıdan gələcək baş nazir seçkilərində «Daşnaksütyun» Partiyasının səsləri onlara lazımdır. Ona görə də təsir çox güclüdür. Qərarlar da məhz bu təsirlər nəzərə alınaraq qəbul olunacaq”.
Digər politoloq Qabil Hüseynli Ermənistanın Qarabağ siyasətini dəyişədirəcəyinə inanmır: “Çünki ermənilərin içərisində Qarabağ məsələsi o dərəcədə monolit şüura çevrilib ki, onların başqa cür düşünməsinə imkan vermir. Bu düşüncə tərzi sadə ermənidən tutmuş, siyasi elitanın başında duran adamlara kimi hamısına sirayət edib.  Kompramisə, Qarabağdan imtinaya hazır deyillər. Bunun  da əsas səbəbindən biri odur ki, arxalarında böyük bir gücün dayandığına əmindirlər. Həmin gücün köməyi ilə özlərini cəfəng və xəstə düşüncələrini qoruyub həyata keçirəcəklərinə inanırlar. 
Əgər Rusiyanın cənubda mövqeyi zəifləsə, güclü Azərbaycan dövləti erməniləri bölgədəki reallıqları daha düzgün qavramağa və Azərbaycanın ərazi bütövlüyünü tanımağa vadar edə bilər”. 
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz