Əlaqə Arxiv
news Image
2018.03.16
10:27
| A A A
Ərdoğan və Merkel ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Movqe.az-ın trend-ə istinadən verdiyi məlumata əsasən, danışıq zamanı ikitərəfli münasibətlər, həmçinin Türkiyə-Aİ münasibətləri və regional məsələlər müzakirə olunub.

 

Söhbət zamanı hər iki lider Türkiyə və Almaniya arasında dialoq və əməkdaşlığa təkan vermək qətiyyətini vurğulayıblar. Terror təşkilatları ilə mübarizənin zəruriliyi qeyd edilib.

Ərdoğan həmçinin Merkelə Afrində keçirilən "Zeytun budağı" əməliyyatı barəsində məlumat verib.

Sizin Reklam Yeriniz