Əlaqə Arxiv
news Image
2018.03.16
09:23
| A A A
Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyində hazırlıq işləri davam edir

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ölkəmizin Özbəkistandakı səfirliyində hazırlıq işləri davam edir.

Movqe.az xəbər verir ki, bununla əlaqədar səfirlikdə iclas keçirilib və məntəqə seçki komissiyası yaradılıb. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev komissiyanın sədri seçilib.

Səfirlikdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 44 saylı seçki məntəqəsində Özbəkistanda yaşayan və işləyən Azərbaycan vətəndaşlarının sərbəst şəkildə səs vermələri üçün hər bir şərait yaradılıb.

Səsvermə hüququ və konsulluq qeydiyyatında olan vətəndaşlarımızın siyahısı tərtib edilib. Artıq 152 seçici qeydiyyata alınıb və bu rəqəm gündən-günə artır.

Seçki günü Özbəkistanda ezamiyyətdə olan vətəndaşlarımız da səfirliyə gələrək səsvermədə iştirak edə biləcəklər.

AZƏRTAC

Sizin Reklam Yeriniz