Əlaqə Arxiv
news Image
2018.03.17
12:00
| A A A
Radikal müxalifətin mitinq fiaskosu
Mais Səfərli: “Son mitinq göstərdi ki, indiki situasiyada Milli Şuranı dəstəkləyənlər yox səviyyəsindədir”

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 17-də mitinq keçirməsi ilə bağlı müraciətə cavab verib.

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov bildirib ki, meriya aksiyanın martın 17-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib. Amma bu dəfə Milli Şura mitinqdən imtina edir. Prosesə start verib, razılıq aldıqdan sonra belə birdən-birə onu dayandırmaq sadəcə, bir məqamdan qaynaqlana bilər. Müxalifət keçirdiyi son mitinqdə istədiyi qədər insanın “Məhsul”a toplaşmasına nail ola bilməyib. Yəni, Milli Şuranın son aksiyası da əvvəlkilər tək fiaskoya uğrayıb. Bu birmənalıdır. Həm gələnlərin sayı olduqca az olub, həm də tədbir cəmiyyətdə geniş rezonans doğura bilməyib. Hansı ki, təşkil etdikləri aksiyalarda az qüvvənin olması fonunda radikallar olan-qalan nüfuzlarını daha da itirirlər. Bu əsasda radikalların növbəti mitinqlərində gələnlərin sayının daha da azalacağı birmənalıdır.   
Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, əvvəlki mitinqin puça çıxmasının nəticəsidir ki, bu fonda Milli Şura növbəti aksiya təşkil etməyə cürət etmir: “Həqiqətən də Milli Şura əvvəlcədən təyin etdiyi mitinqdən imtina edib. Hətta aksiyanın keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılıq da verilib. Ancaq razılıq əldə olunandan sonra Milli Şura aksiyanı keçirməkdən imtina edir. 
Əslində, onların belə bir addım atacaqları gözlənilən idi. Son mitinq də göstərdi ki, indiki situasiyada onları dəstəkləyənlər yox səviyyəsindədir. Bunu artıq Milli Şurada təmsil olunanlar da dərk etməyə başlayıb. Son mitinq ərəfəsi düşünürdülər ki, dostları, yaxın ətrafdakılardan başqa, digərləri də həmin aksiyaya qoşulacaq. Anca gördüyümüz kimi, bu baş vermədi. Milli Şuranın mitinqinə əvvəllər olduğu kimi yenə də az adam gəlmişdi. Gələnlər də dediyim kimi, ancaq yaxın ətraf və dost-tanışlardan ibarət idi. Kənar adamları görmək mümkün deyildi. 
Azərbaycan Prezidenti öz parlaq siyasəti, dövlətimiz qarşısında duran problemləri ardıcıl olaraq həll etməklə cəmiyyətimizin geniş nüfuzunu qazanıb. Ona görə də radikal müxalifətin gözlədiyinin əksinə olaraq, cəmiyyətdən kimlərsə gəlib təşkil etdikləri mitinqlərə qatılmadılar. Belə olan təqdirdə, radikal müxalifət başa düşdü ki, növbəti aksiyalarına heç yaxın dostları da qatılmayacaq. Çünki yaxın dostlar öncə fikirləşirdi ki, mitinqlərə çoxsaylı insan gələcək və cəmiyyətdə yeni bir əhval-ruhiyyə yaranacaq. Lakin belə olmadığından əvvəl mitinqə gələnlər də indi məyus olublar. Mitinqi təşkil etmək üçün ona əsas lazımdır. Əsas da nail olmaq ciddi analiz və düşüncə tələb edir. Analitik düşüncə isə onu deyir ki, bu gün Azərbaycanda problemlər həllini tapdığından etirazçılar demək olar, yox dərəcəsincdədir. Radikalların sıraları fəaliyyətsizlikləri, özlərini siyasətdən kənar qoyduqlarına görə getdikcə daha da daralır. Onların fəaliyyəti ancaq ağa qara demək və Prezidentin gördüyü möhtəşəm işə kölgə salmağa cəhd etməkdən ibarətdir. Bu isə siyasi fəaliyyət deyil. Ona görə də acınacaqlı duruma düşüblər. Belədə dərk edirlər ki, kütləvi aksiya keçirmək üçün heç bir real imkan və resurslara malik deyillər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz