Əlaqə Arxiv
news Image
2018.03.17
09:00
| A A A
ABŞ yenə ikili standartlardan çıxış etdi
Bako Saakyanın Amerikaya səfəri və burada ona yaradılan şərait qeyd olunaların bariz nümunəsidir

Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi təqdim edən Bako Saakyan Vaşinqtona səfəri  ABŞ-ın hələ də ikili standartlar şakərindən xilas ola bilməədyini üzə çıxardı. Halbuki, belə bir səfərin baş tutmasına qarşı Azərbaycan əvvəlcədən etirazını bildirmişdi. Hətta Saakyanın ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, ABŞ Dövlət Departamentinə ünvanlanan etiraz notası ona təqdim edilib.

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin   sözlərinə görə, notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub. ABŞ-ın bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib: "Həmçinin, Azərbaycanın ABŞ-ın beynəlxalq hüququn norma və prinsipləri əsasında daşıdığı öhdəliklərini vicdanla yerinə yetirməli olduğunu və ABŞ ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərin qarşısını almalı olduğu qeyd olunub. ABŞ ilə Azərbaycan digər sahələrdə tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata keçirilən bu təəccüblü addımı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirik. Post-sovet məkanında olan digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür".
H.Hacıyev qedy edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, ABŞ BMT Təhlükəsizlik Şurasının konsensusla qəbul edilmiş müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə və bu xüsusda, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdır: "ABŞ-ın bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış etməsi, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması ABŞ-ın qərəzsizliyi və obyektivliyi barədə ciddi suallar yaradır. ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir və davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində olan səylərə ciddi zərər vurur. Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurmuşdur.   ABŞ-ın bu kimi davranışına cavab olaraq, Azərbaycan Respublikası ABŞ ilə münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcəkdir". Bütün bunlara rəğmən, qondarma rejim rəhbərinin ABŞ-a daxil olmasına imkan verildi. Ekspertlərin fikrincə, ABŞ rəsmiləri Bako Saakyanın Azərbaycan vətəndaşı, Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olması və saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə ABŞ vizası alması və bu ölkəyə səfər etməsini yaxşı bilirlər. Lakin bunu bilə-bilə özləri qondarma separatçı rejimin "lideri"nin ABŞ-a girə bilməsinə şərait yaradırlar. Əgər bu, normaldırsa, nəyə görə Krımın, Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı Respublikanın və digər bu kimi qurumların rəhbərlərinə müvafiq şərait yaradılmır? Yox, əgər pisdirsə, nəyə görə Bako Saakyana belə imkan tanınır? 
Qeyd edək ki, Azərbaycanda ictimaiyyəti ABŞ-ın ikili standartlar siyasətinə qəti etiraz edir. Belə vəziyyət Vaşinqtonun bölgədə mövqelərini daha da zəiflədir. Ermənistanın Azərbaycan ərazilərində yaratdığı qondarma qurumun kriminal və qeyri-legitim olması və bu ölkənin ABŞ-ın milli maraqlarına qarşı fəaliyyəti iəs Vaşinqton ayaxşı məlumdur. Amma buna rəğmən, ABŞ yenə ikili standartlardan çıxış edərək, separtçı rejim rəhbəriən qucaq aççır.
«Mövqe»

Sizin Reklam Yeriniz