Əlaqə Arxiv
news Image
2018.03.17
09:30
| A A A
Vətənə qarşı düşmən pulu ilə kampaniya aparanlar
Onların ermənipərəst dairələrlə işbirliyi, fəaliyyətlərində sinxronluq açıq şəkildə özünü göstərir

Sirr deyil ki, bu gün ölkəmizin günü-gündən artan inkişafını görməyən, şəxsi maraqlarına görə milli dəyərimizi gözdən salan sapı özümüzdən olan baltalar var. İstər ölkə daxilində, istərsə də ölkəmizdən kənarda yaşayan bəzi şəxslər hər vasitədən istifadə etməklə Azərbaycanın əleyhinə təbliğat aparır. Bu məqsədlə yeni medianın verdiyi imkanlardan istifadə olunur. indilikdə diqqət cəlb edən odur ki, müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricdə öz vətənlərinə qarşı kampaniya aparanlar erməni lobbisi tərəfindən lazımi maliyyələ alırlar. Belələri indi digər Avropa ölkələrində də yaşayırlar və çörəyini yeyib, suyunu içdikləri vətənlərinə qarşı antitəbliğat kampaniyası aparırlar. Xaricdə özlərinə sığınacaq tapan bu cür şəxslər bu gün heç bir məsuliyyət hiss etmədən sosial şəbəkələrdə istədiklərini yazırlar. Prezident seçkiləri yaxınlaşdıqca radikal müxalifət və onların xarici havadarları, həmçinin erməni lobbisinin maliyyələşdirdiyi insanlar - xüsusilə Avropada "siyasi mühacir" adı altında yaşayan milli xəyanətkarlar daha da azğınlaşaraq, daxillərində Vətən və dövlətçilik amillərinə qarşı formalaşmış çirkabı tam üzə çıxarırlar. Bu fonda da onların ermənipərəst dairələrlə işbirliyi, fəaliyyətlərində sinxronluq açıq müşahidə olunur. Belə vəziyyətdə əxlaqı korlanmış "sosial media qəhrəmanları" Avropada oturub Azərbaycan əleyhinə təbligat aparırlar. Məhz belə bir vaxtda bəlli olub ki, “Quska” ləqəbli Hüseyn Abdullayev, Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev, keçmiş hərbçi İsa Sadıqov, erməni lobbisindən pula aılan keçmiş səfir Arif Məmmədov həmin başıpozuqları maliyyələşdirirlər. Bunu “Oxu.Az” portalına yayılan aşağıdakı məlumat da təsdiq edir: Həmin məlumatda qeyd olunur: “Hazırda Avropa ölkələrində yaşayan və Azərbaycan əleyhinə qarayaxma kampaniyaları aparan bir qrup şəxs – Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərini dəstəkləyən əsas qüvvənin kimliyi məlum olub. Avropada fəaliyyət göstərən diaspor dairələrindən əldə olunan məlumata görə, Almaniyada sığınacaq alan keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev yuxarıda adları çəkilən şəxsləri bir araya gətirirək, onlara maliyyə vəsaiti ayıracağını vəd edib.
Hüseyn Abdullayev verəcəyi pulun qarşılığında Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərindən Azərbaycan prezidenti, ayrı-ayrı yüksək vəzifəli şəxslər, onların ailə üzvləri, eyni zamanda, dövlətimiz və xalqımız haqqında iyrənc şər-böhtan və qarayaxma kampaniyaları aparılmasını tələb edib. “Quska” başladılacaq kampaniyalar üçün həmin təxribatçıların lazımi qədər vəsaitlə təmin olunacağına söz verib.
Hüseyn Abdullayev təxribatçılara xüsusi tapşırıq verib ki, ara-sıra Ermənistan səfirliyi qarşısında kiçik aksiyalar keçirilsin və bununla Azərbaycan xalqının gözündə onların Ermənistana qarşı “düşmən” obrazı yaradılsın. Daha sonra “Quska” Azərbaycan dövlətinin atributlarına və ayrı-ayrı vəzifəli şəxslərə qarşı qarayaxma kampaniyası aparacaq qrupun başında Emin Milli ilə yanaşı, Orduxan Teymurxanın dayanmasını istəyib. Müzakirələrdən sonra adları çəkilən şəxslər Hüseyn Abdullayevin bu təkliflərini qəbul edərək, hərəkətə keçiblər. Mənbənin məlumatına görə, artıq “Quska” ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırıb. O, vəsaitin davamlı olacağını söz verib. 
Qeyd edək ki, Azərbaycan cəmiyyətində kriminal “Quska” obrazı yaratmış Hüseyn Abdullayev vaxtilə Azərbaycanda jurnalistlərə, vətəndaş cəmiyyətinin üzvlərinə saxladığı “qoçu dəstələri” ilə hücum çəkməyi ilə yadda qalıb. 2007-ci ildə Milli Məclisin iclası zamanı deputat həmkarına nalayiq söyüşlər söyən və sonra da ona hücum edən Hüseyn Abdullayevin deputat mandatı əlindən alınıb. Bundan sonra isə Hüseyn Abdullayev müalicə almaq adı ilə Azərbaycanı tərk edərək Almaniyaya qaçıb”.
“Quska”  ilə yanaşı, Avropada Azərbaycana qarşı kampaniya aparanları maliyyələşdirənlərdən biri də Elşad Abdullayevdir. Bu sırada ABŞ-ın NED təşkilatından yeni qrant almış Leyla Yunusun da adı çəkilir. Belə ki, Çexiyanın paytaxtı Praqada yaşayan Zamiq Məmmədli "Facebook" səhifəsində son vaxtlar Orduxan Bəbirov, M.Mirzəli və s. şəxslərinbirdən birə Azərbaycana qarşı kampaniya başlamaları, onların belə "fəal" olmalarının səbəbini izah edib.
O yazıb: "Bu "diktatoru tanıdaq" kimi axmaq aksiyanın layihə müəllifi Leyla Yunusdur. Bu aydın məsələdir. Bu yaxınlarda Leyla Yunus "siyasi məhbuslara yardım" layihəsi üzrə NED-dən (National Endowment for Democracy) 94000 avro qrant alıb, bir soruşun, hansısa siyasi məhbus ailəsinə ordan 10 avro veribmi?!. Çalışın, bu fitvaya getməyin, siz ortalığa düşürsünüz, bu dəllalar pul qazanırlar! Bu aksiyaya qoşulanlardan isə soruşuram: Leyla Yunusdan 94 min avronun hesabını soruşmağa cəsarətiniz çatırmı? Amma 5000 km uzaqdan camaata "tırka" verməyi gözəl bacarırsınız...”.  Bütün bunlar əslində, Avropada oturub Azərbaycana qarşı kampaniya aparanların hansı yuvanın quşu olduqlarını tam aydın təsvir etməyə imkan verir.
"Mövqe"

 

Sizin Reklam Yeriniz