Əlaqə Arxiv
news Image
2018.03.17
10:00
| A A A
Azərbaycan beynəlxalq aləmdə daha güclü mövqenin sahibinə çevrilir
Zahir Oruc: “Həqiqətən Cənubi Qafqazı Azərbaycansız təsəvvür etmək, onun siyasi və iqtisadi missiyasından kənarda ağla gətirmək qeyri-mümkündür”

Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Piter Semnebi  bildirib ki, Azərbaycan son illərdə beynəlxalq aləmdə mühüm rol oynayır və Şərq ilə Qərb arasında bir körpüyə çevrilib: "Ölkə üçün bunun böyük əhəmiyyəti var". 

Xatırladaq ki, Azərbaycan Cənubi Qafqazın bütün mənalarda əsas ölkəsidir. Dünyanın aparıcı ölkələrinin bölgədə diqqəti hər zaman məhz Azərbaycan üzərinə yönəlib. Azərbaycan Avropa kimi bir məkanın enerji təminatında mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz həmçinin özünün multikultural dəyərlərilə müsəlman şərqi ilə xristian qərbi arasında sözün həqiqi mənasında bir körpü rolunu oynayır. Onun nəticəsidir ki, Azərbaycan təkcə Qərbin deyil, Şərqin də diqqət mərkəzindədir. Azərbaycan beynəlxalq miayasda sülhün qorunub saxlanılmasına, terrorizmə qarşı mübarizəyə də mühüm töhfələr verib və verir.  
Milli Məclisin deputatı Zahid Orucun fikrincə, getdikcə daha çox dövlət Azərbaycan və onun yürütdüyü siyasətlə hesablaşmalı olur ki, bunun özü dövlətimizin beynəlxalq aləmdə mövqelərinin daha da güclənməsi baxımından böyük əhəmiyyətə malikdir: “Piter Semnebi regionumuzu tanıyan və Azərbaycanın keçdiyi yolu yaxşı bilən bir insandır. Hesab edirəm ki, Azərbaycanın son illər beynəlxalq aləmdə mühüm rol oynadığını və Şərq ilə Qərb arasında körpüyə çevrildiyini deməklə çox obyektiv dəyərləndirmədən çıxış edib. 
Həqiqətən də son illər Azərbaycanın həyata keçirdiyi böyük layihələr sadəcə. siyasi məramımıza, mövqeyimizə görə deyil, daha artıq dərəcədə qəbul edilən iqtisadi qərarlarımız, tranzit məkanı, kommunikasiya xətləri və s. baxımından da ölkəmiz regional və beynəlxalq inteqrasiyanın təminatçısına çevrilib. Ölkəmizdə bu baxımdan müxtəlif qitələr görüşür, Bakı infrastruktur mərkəzi olur, bölgənin sabit makınana çevrilir, loqistik əlaqələr də paytaxtımız üzərindən reallaşdırılır.  Hansı ki, bunlar da çox önəmli məsələlərdir. Digər tərəfdən, Avropa Birliyilə münasibətlərdə də gördüyümüz kimi, həmişə əməkdaşlıq proqramı çərçivəsində regiona gələn səfirlər ölkə başçısı ilə görüş zamanı dövlətimizin tarazlaşdırıcı mövqeyinin işin xeyrinə olduğundan, gələcəkdə bölgədə təhlükələrin olmayacağından çox razı qalırdılar. Azərbaycan Qərblə əlaqələrini özgə dövlətlərin ziyanına çevirmir və ya əksinə. Ona görə də Piter Semnebinin bəyanatını təqdir edir, Azərbaycan haqqında belə fikirlərin səslənməsi çox yerindədir. Bu, həmçinin ölkəmizi tanımaq və onu dəyərləndirmək baxımından da çox önəmlidir. Avropanın əsas siyasətini müəyyən edən dövlətlər müxtəlif xətlər vasitəsilə bəzən ölkəmizə qarşı hansısa diplomatik, siyasi planlar həyata keçirəndə elə bir mövqeyimizlə hesablaşmalı olurlar ki, bütün hallarda partnyor olmağa məhkumdurlar.  
Həqiqətən də Cənubi Qafqazı Azərbaycansız təsəvvür etmək, onun siyasi və iqtisadi missiyasından kənarda ağla gətirmək qeyri-mümkündür. Yerdə qalan dövlətlərin belə bir resurs gücü yoxdur. Cənubi Qafqazda siyasi qərar Bakıda həll və idarə olunur. Bu da mənafeyimizə uyğun olan və xarici aləmi Azərbaycanla hesablaşmağa məcbur edən mövqelərdir”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz