Əlaqə Arxiv
news Image
2018.03.19
13:36
| A A A
"Tərbiyəsiz hərəkət edən insanları sosial şəbəkələrdən təcrid etmək lazımdır"

"Bəzi insanların tərbiyəsizlik etməsi dünyanın bütün ölkələrində var".

Movqe.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib.

 

O, sosial şəbəkələrdə təhqir xarakterli materialların yerləşdirilməsinə etirazını bildirib: "Bəzi mərkəzlər bununla bağlı iş aparırlar. Bizi narahat edən budur. Sosial şəbəkələri kimsə qadağan edə bilməz, ona görə də Azərbaycan ictimaiyyətini maariflədirmək lazımdır. Tərbiyəsiz hərəkət edən insanları sosial şəbəkələrdən təcrid etmək lazımdır. Həmin videolara da xeyli baxış sayı olur, amma bu, o demək deyil ki, onu dəstəkləyirlər. Çalışmalıyıq ki, əhalini ayıq saxlayaq ki, nəticə çıxara bilsinlər. Pis cəhət ondan ibarətdir ki, həmin məsələlərə münasibət bildirdikdə daha da populyarlaşır. Ölkənin təhlükəsizliyi önə çıxırsa, dərhal tədbir görülməlidir".

Sizin Reklam Yeriniz