Əlaqə Arxiv
news Image
2018.03.19
15:39
| A A A
"Terrorçular ABŞ-ın verdiyi silahları Afrində atıb qaçıblar"

"Afrin azad edildikdən sonra oradan ABŞ-ın terrorçulara verdiyi silahlar götürülüb".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib.

"Terrorçular oradan könüllü çıxmayıblar, qorxub silah-sursatı ataraq qaçıblar. ABŞ-ın terrorçulara verdiyi silahların bir hissəsi götürülüb. Afrində işimiz hələ başa çatmayıb. Bildiyiniz kimi, bu gün törədilən partlayış nəticəsində mülki şəxslər və Azad Suriya Ordusunun təmsilçiləri həyatını itirdi. Terrorçuların qaçmazdan əvvəl bölgədə minalar basdırdıqlarını, tələlər qurduqlarını bilirik. Ona görə də bölgədəki bütün yerlər belə tələlərdən təmizlənməlidir. Bu hərəkat zamanı məktəblərə, xəstəxanalara, dinc sakinlərin yaşadığı yerlərə heç bir zərər verilməyib. Terrorçuların bölgədən planlı şəkildə çıxdıqlarına dair sosial şəbəkələrdə bəzi məlumatlar yayılır. Əgər onlar məqsədli şəkildə çıxsaydı, o zaman silah-sursatı qoymazdılar. Onlar qorxub qaçıblar", - o qeyd edib

 

Baş nazirin müavini terrorçulardan təmizləndikdən sonra bölgəni həqiqi sahiblərinə təslim edəcəklərini də vurğulayıb.

Sizin Reklam Yeriniz