Əlaqə Arxiv
news Image
2018.03.20
09:06
| A A A
Azərbaycanda sabitliyin zəmanətinə siyasi iradə var
İqtidarla xalqın birliyi çəkici zindana daha bərk vurur

“Hesab edirəm ki, Azərbaycan xalqı sabitliyi seçəcək”. Bunu aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı məsələni şərh edərkən Moldova prezidenti İqor Dodon deyib. O bildirib ki, seçkilər xalqın öz iradəsidir: “Kimə səs vermək məsələsi,- bu, Azərbaycan xalqının işidir. Amma düşünürəm ki, siyasi sabitlik hər bir ölkənin iqtisadi inkişafının təminatıdır”. 

Moldova prezidenti bu sözləri VI Bakı Qlobal Forumunda iştirakı çərçivəsində söyləyib. Buna görə də onun fikirləri ilə Forumda müzakirə olunan mövzu barədə birbaşa əlaqə mövcuddur. Çünki, tədbirdə dünyanın dörd bir yanından gəlmiş dövlət başçıları, hökumət rəhbərləri, ictimai-siyasi xadimlər, təcrübəli siyasətçilər, politoloqlar və ekspertlərin məqsədlərindən biri də məhz Azərbaycanın qısa zaman ərzində keçdiyi böyük inkişaf yolunun iksirini tapmaq idi. Əslində, məsələ büynəlxalq ictimaiyyətə çoxdan tanışdır, indi sadəcə, onun çalarlarını, ayrı-ayrı komponentlərini öyrənmək və tətbiq etmək yollarını öyrənir, bu sahədə fikir və rəylərini bildirirdilər. İqor Dodon forumda hökm sürən ab-havanı və öyrəndiyi yenilikləri saf-çürük edərək Azərbaycanda prezident seçkiləri məsələsinə fikir bildirib. 
Azərbaycan sabit ölkədir. İstər rəsmi, istərsə də turist qismində ölkəmizə gələn hər bir xarici vətəndaş müsəlman əhalinin 95 faiz təşkil etdiyi bir diyarda belə bir sabitliyin, hətta deyək ki, xristian, yaxud sadəcə, inkişaf etmiş ölkələrin əksəriyyətindən də yüksək səviyyədə əmin-amanlığın olduğunu görür, təsdiqləyir və təəccüblənirlər. Bu xüsusiyyət ölkə əhalisinin sabaha ümidlə yaşamasına və yaratmasına şərait yaradır. Sosioloqları da ən çox maraqlandıran müstəqilliyinin 25 illiyini yeni qeyd etmiş gənc dövlətin qazandığı bu uğurların hardan qaynaqlandığı mövzusudur. Çünki, sovetlər birliyinin dağılması prosesində elə imperiyanın özü tərəfindən ən ağır vəziyyətə salınmış respublika Azərbaycan idi. 
2003-cü ildə xalq İlham Əliyevi prezident seçəndə xarici qüvvələr tərəfindən Azərbaycanda narıncı inqilab ssenarisi keçirmək kimi daxili həyatı qarışdırmaq niyyəti vardı. O vaxt əhali səs verərkən ölkədə sabitlik və kənardan müdaxilələrə qarşı mübarizə arzusu ilə yaşayırdı. Bu, ölkə əhalisinin sosial tələbatı idi. Gənc və geniş eridusiyaya malik yeni prezident ona miras qalmış zəngin və dərin təcrübəyə əsaslanaraq mövcud reallığı düzgün qiymətləndirib işə başlayanda ölkəyə sabitliyin nə dərəcədə vacib olduğunu uzaqgörənliklə müəyyən etdi. Bu aspektdə siyasi fəaliyyətini quran Prezident İlham Əliyev qələbələrin mənbəyinin məhz sabitlikdə olduğu daxildə və xaricdə sübut etdi. Həyatın digər sahələrində qazanılan uğurlar bu özüldə sürətlə irəliləməyə başladı. Azərbaycanın bugünkü cəlbedici siması 15 il əvvəl yeni nəfəs verilmiş siyasi strategiyanın bariz təntənəsidir.
Xaricdən gəlib ölkəmizin həyatını öyrənən, mövcud inkişafımızı görənlər tərəddüd etmədən 11 apreldə İlham Əliyevin yenidən qələbə qazanaçağını proqnozlaşdırırlar. Çünki, Azərbaycan xalqı bu seçimin ölkəyə verdiyi töhfələri yaxşı bilir. Heç bir seçici inkişafın qabağına sədd çəkmək istəməz. Çünki, onun özü də bu yolun rahatlığını yaşayanlardan biridir.

N.NOVRUZ
 
 

 

Sizin Reklam Yeriniz