Əlaqə Arxiv
news Image
2018.03.20
12:20
| A A A
ABŞ separtçılara da ikili standartdan yanaşır
İlqar Vəlizadə: “Bütün hallarda Bako Saakyanın ABŞ-da belə görüşlər keçirməsi qəbuledilməzdir” Fərhad Mehtiyev: “Bunun özü də separatçı rejimin ayaqda qalmasına kömək edən haldır”

Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri Amerika Birləşmiş Ştatlarının siyasətində mövcud olan ikili standartların bariz nümunəsinə çevrildi. Əgər bu, normaldırsa, nəyə görə Krımın, Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı Respublikanın və digər bu kimi qurumların rəhbərlərinə müvafiq şərait yaradılmır? Yox, əgər pisdirsə, nəyə görə Bako Saakyana belə imkan tanınır? 

Siyasi şərhçi İlqar Vəlizadə bildirdi ki, ABŞ-da erməni diasporunun nüfuzu olmasaydı, Bako Saakyan ABŞ-a səfər edə bilməzdi: “Bu səfərin təşkilatçısı birbaşa erməni diasporudur. Həmçinin Bako Saakyan ABŞ-da görüşdüyü adamlarla sıx münasibətdədirlər. Onların ortaq biznes, siyasi maraqları var. Səfər 
Bako Saakyan ABŞ-a Ermənistan vətəndaşı kimi gəlib. Səfər fərdi hesab olunur. Amma bütün hallarda B. Saakyanın ABŞ-da belə görüşlər keçirməsi qəbuledilməzdir. Ona görə də Azərbaycan sərt reaksiya verdi. ABŞ siyasi rəhbərliyi isə xüsusi vəziyyəti başa düşməlidir. Azərbaycanla münasibətlərin gərginləşməsini istəmirlərsə, belə səfərlərin baş tutmasına yol verməməlidirlər. Odur ki, reaksiyamız təbiidir. Azərbaycanın etiraz notasından sonra yəqin ki, ABŞ öz mövqeyində dəyişiklik edəcək. Eyni zamanda gələcəkdə belə səfərlərin təşkilinə sərt münasibət göstərəcəklər”.
Digər politoloq Fərhad Mehtiyev bildirdi ki, ABŞ-da erməni lobbisi çox güclüdür: “Senat ABŞ-ın xarici siyasətinin müəyyənləşməsində adiministrasiyaya təsir edə bilir. Ona görə də ABŞ-ın xarici siyasətini administrasiya senatla paylaşır. Yəni, senat təzyiq göstərib viza aldıra bilir”.
Politoloq əlavə etdi ki, ABŞ-ın xarici siyasətində eməni təsirini dəf etmək çox da asan olmayacaq: “Əsas məsələ həm də odur ki, ABŞ birbaşa Dağlıq Qarabağa yardım göstərir. Bu yardımın azaldılmasına ehtiyac var. Bu, yardımın məbləğo sonuncu dəfə 100 milyon dollar idi.  Bunun özü də separatçı rejimin ayaqda qalmasına kömək edən haldır. Həmin yardımın qarşısını almaq da kifayət qədər çətin məsələdir. Amma B. Saakyana vizanın verilməsi həyati məsələlərdən deyil”.

Mübariz BAYRAMOV

 

 

Sizin Reklam Yeriniz