Əlaqə Arxiv
news Image
2018.03.24
14:43
| A A A
Prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçiriləcək dairələrin sayı açıqlandı

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçiriləcək dairələrin sayı məlum olub.

Movqe.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədrinin müavini Natiq Məmmədov bildirib ki, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə 118, “Els" Müstəqil Araşdırmalar Mərkəzi 118, “RƏY” Monitorinq Mərkəzi 48 və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə 40 seçki dairəsində monitorinq keçirəcək.

Sizin Reklam Yeriniz