Əlaqə Arxiv
news Image
2013.04.02
12:35
| A A A
Venesuelada prezident seçki kampaniyası başlayıb
Dövlət başçısı vəzifəsinə müvəqqəti prezident Nikolas Maduro və müxalifət namizədi Enrike Kapriles irəli sürülülür

Movqe.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Venesuelada artıq seçki kampaniyası başlayır. Dövlət başçısı Uqo Çavezin ölümü ilə bağlı  növbədənkənar prezident seçkisinin 14 aprel tarixində keçirilməsi planlaşdırılır. Milli Seçki Şurası seçkiqabağı təşviqat kampaniyasını 2-11 aprel tarixlərinə qədər maksimal dərəcədə məhdudlaşdırıb.


Ölkədə hakim Birləşmiş Soialist Partiyasından dövlət başçısı  postu üçün müvəqqəti prezident Nikolas Maduro mübarizə aparacaq. Onun rəqibi isə, müxalif Demokratik Birlik Blokunun vahid namizədi Enrike Kaprilaesdir.  


Qeyd edək ki, Maduro əhalinin yoxsul təbəqəsinin dəstəyindən istifadə etdiyi halda, Kapriles orta və ölkənin təminatlı təbəqəsinin səslərini özünə cəlb edə bilib.  

Keçirilən sorğunun nəticələri isə, Maduronun qələbə çalacağını göstərir. 


Sizin Reklam Yeriniz