Əlaqə Arxiv
news Image
2013.04.02
13:02
| A A A
Şimali Koreya özünü sülhməramlı elan edib

"Şimali Koreyada nüvə silahının inkişafı müharibə və iqtisadi inkişafı təmin etmək üçün etibarlı zəmindir".  RİA Novosti-nin verdiyi məlumata görə, bu haqda Şimali Koreya lideri Kim Çen In ölkənin Fəhlə Partiyasının plenar iclasında danışıb. 

Bundan başqa, KXDR -la əlaqəli bir neçə qətnamə qəbul edən Kim Çen In, növbəti dəfə ABŞ və onun müttəfiqlərini tənqid edib. 


Xatırladaq ki, hələ, 2 aprel tarixindən əvvəl məlum olmuşdu ki, Şimali Koreya Yonbendə nüvə mərkəzində reaktoru yenidən istismara vermək niyyətindədir. 

Şimali Koreyanın Atom Enerjisi Departamentinin nümayəndəsinin sözlərinə görə, KXDR hökuməti, əhalinin kifayət qədər olmayan işıq və istilik sistemini reaktorun köməyilə düzəltmək fikrindədir. 


Qeyd edək ki, reaktorun fəaliyyəti 2007- ci ildə Cənubi Koreya, Çin, Rusiya ABŞ və Yaponiyanın iştirakı ilə altıtərəfli danışıqlar nəticəsində dayandırılmışdı. 


Həmin vaxt ABŞ Cənubi Koreya sahillərində raketləri vura bilən çoxfunksiyalı döyüş məlumat-nəzarət sistemi "İcis"-lə təchiz olunan USS Fitzgerald raket dağıdıcısını yerləşdirmişdi. Bu tədbirin görülməsi Seulla Pxenyan arasında 

münasibətlərin korlanması ilə bağlı idi. 


Xatırladaq ki, martın əvvəlində Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə təlimlərinə etiraz əlaməti olaraq, 1950-1953-cü illərdə ABŞ-Koreya müharibəsinin nəticəsində bağlanmış sülh müqaviləsini pozdu. 


Bundan başqa, martın 26-da KXDR öz raket-artilleriya qüvvələrini döyüşə tam hazır vəziyyətə gətirmışdi. Hərbi qüvvələrə ABŞ-ın qitə hissəsinə, həmçinin Quam və Havay adalarına zərbə endirmək əmri  də verilmişdi.




Sizin Reklam Yeriniz