news Image
2018.04.16
20:20
| A A A
Türkiyədə bir sıra dövlət qurumları ləğv oluna bilər

Türkiyədə prezident idarəçiliyi formasına keçid çərçivəsində bir sıra dövlət qurumlarında struktur dəyişiklikləri aparılacaq.

Movqe.az-ın məlumatına görə, prezident idarəçiliyi formasına keçidlə əlaqədar olaraq Nazirlər Kabinetinə tabe olan bir sıra dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi gözlənilir.

 

Hazırda Türkiyə Nazirlər Kabinetinə 25 dövlət orqanı tabedir.

Bundan əvvəl bildirilirdi ki, 2019-cu ildə prezident idarəçiliyi formasına keçidlə bağlı Baş nazir postu ləğv ediləcək. Həmçinin Türkiyə parlamentində deputatların sayının 550-dən 600-ə artırılacağı, yeni komissiyaların yaradılacağı bildirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs