news Image
2018.04.17
14:37
| A A A
Zakir Qaralov "İzvestiya" qəzetində Azərbaycana qarşı təxribatla əlaqədar Rusiya baş prokuroruna müraciət edib

Baş prokuror Zakir Qaralov “İzvestiya” qəzetinin “İz.ru” informasiya portalının redaksiyası tərəfindən 16 aprel 2018-ci il tarixdə həmin portalda yayılmış məlumatda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağı və digər şüarların nümayiş etdirilməsi ilə əlaqədar Rusiya Federasiyasının baş prokuroru Yuriy Çaykaya müraciət edib.

Movqe.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yol verilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, informasiya portalının redaksiyası tərəfindən yol verilmiş təxribatın ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, "İzvestiya" qəzetinin saytında Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə yer alıb.

Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin bayrağı və "Azad Artsaxa xoş gəlmisiniz" yazılan lövhə əks olunub.

S. Sarkisyanla müsahibənin bir sualı Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

Qeyd edək ki, 1917-ci ildə əsası qoyulan "İzvestiya" qəzetinin baş redaktoru milliyyətcə erməni Arseni Ohanesyandır.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs