news Image
2018.04.17
15:23
| A A A
Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkilərinin nəticələri ilə bağlı iclası başlayıb - FOTO

Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki prosesi haqqında məlumat verəcək.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.