news Image
2018.04.17
17:35
| A A A
Rumen Radev İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib

Bolqarıstan prezidenti Rumen Radev İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Movqe.az-ın məlumatına görə, təbrikdə deyilir:“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Bu xoş fürsətdən istifadə edərək, Sizi Bolqarıstan Respublikasına səfər etməyə yenidən dəvət edirəm. Biz Azərbaycanı özümüzə prioritet tərəfdaş hesab edirik. Əminəm ki, Sizin Bolqarıstana səfəriniz xalqlarımızın mənafeyi üçün ölkələrimiz arasındakı ənənəvi yaxın və dostluq əlaqələrinin daha da inkişafına və dərinləşməsinə yeni töhfə verəcək. Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı Birgə Bəyannaməyə əsasən, Sofiya və Bakı arasındakı əlaqələrin hərtərəfli gücləndirilməsi dövlətlərimizin enerji təhlükəsizliyi və nəqliyyat bağlantısı sahələrində marağın həyata keçirilməsinə imkan yaradacaq və regional sülhün və sabitliyin güclənməsinə töhfəsini verəcək. Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzu edirəm. Azərbaycan Respublikasına davamlı inkişaf diləyirəm. Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin”.

APA