Əlaqə Arxiv
news Image
2018.04.23
12:12
| A A A
DİN Hüseyn Abdullayevin tutularaq Azərbaycana gətirilməsini təsdiqlədi

Axtarışda olan sabiq deputat Hüseyn Abdullayevin xaricdə tutularaq Azərbaycana gətirilməsi təsdiqlənib.

Movqe.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, H.Abdullayev Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib və aidiyyəti istintaq orqanına təhvil verilib.

 

Qeyd edək ki, 2012-ci ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. H.Abdullayev ölkədən qaçdığı üçün onun barəsində axtarış elan edilmişdi.

Sizin Reklam Yeriniz