Əlaqə Arxiv
news Image
2018.04.23
15:05
| A A A
Ramiz Mehdiyev əmək və əhalinin sosial müdafiəsi nazirini kollektivə təqdim edib

 Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivinə təqdim olunub.

Movqe.az xəbər verir ki, nazir Sahil Babayevi kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Qeyd edək ki, aprelin 21-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, indiyə qədər əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idi.

Sizin Reklam Yeriniz