Əlaqə Arxiv
news Image
2018.04.24
07:00
| A A A
Müstəqilliklə qazanılan uğurlar
Bu dönməz yol Azərbaycan xalqını xöşbəxt edən ən böyük nemətdir

Azadlıq şirin şeydir. Bir dövlətin azadlığı və müstəqilliyi onun gördüyü işlərin, apardığı siyasətin, xalq-iqtidar münasibətlərinin mahiyyətində əks olunur. Həm də bu o zaman şirin olur ki, kağız üzərində yox, həqiqətdə reallıq kəsb edir. Onda xalq “öz əlin, öz başın” deyiminin fəlsəfəsi ilə qurduğu dövlətin qədrini bilir və gələcəyə doğru inamla addımlayır.

Elə bunen nəticəsidir ki, Azərbaycan bu gün öz inkişafı ilə qürrələnir. Ən sürətli inkişaf yolu, qarşısıalınmaz demokratik quruculuq, bəzi sahələrdə inkişaf etmiş dövlətlərlə bir sırada addımlayan qazandığı uğurlara görə müstəqilliyinə, bu müstəqilliyi qazananlara, qoruyub saxlayanlara və irəli aparanlara borcludur.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də baş tutmuş andiçmə mərasimi zamanı etdiyi nitqində deyib: “Bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olmuşdur. Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.
Dövlət başçısının “İnkişaf məqsədimizdir” çoxcildliyinin 56-cı kitabında yer alan bu fikirlər onun 2013-cü il mayın 10-da ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində söylədiyi nitqdən bir parçaya diqqət yetirək: “Azərbaycan bir sabitlik adasıdır. Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında birlik, vəhdət vardır. Azərbaycanda iqtisadi siyasət möhkəm sosial siyasətlə tamamlanır. Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir. Bizim müstəqilliyimizin, müstəqil siyasətimizin təməlində də iqtisadi müstəqillikdir. Əgər iqtisadi müstəqillik olmasaydı, əgər biz xarici kreditlərdən asılı olsaydıq, müstəqil siyasət apara bilməzdik. Müstəqillik ən böyük dəyərdir, ən böyük sərvətdir. Müstəqillik o deməkdir ki, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı, nəhayət ki, öz taleyinin sahibidir”.
Müstəqilliyin bəhrəsidir ki, bu gün Azərbaycan Cənubi Azərbaycanın lider dövlətidir. Regionda hər hansı bir beynəlxalq layihə Azərbaycanın iştirakı olmadan mümkün deyil. Bu, zor gücünə yox, ölkənin iqtisadi gücü, porensialı, mədəni  inkişafı, mənəvi yüksəlişi, müasirliyi, təşəbbüslərinin intellektuallığı və innovasiyalılığı, dünya səviyyəsində mövcud tələblərə cavab vermək bacarığı ilə başa gəlir. Yəni, şərait və imkanlar xarici investorları cəlb edir. Xüsusilə, son 15 ildə ölkə iqtisadiyyatının texniki göstəriciləri elə səviyyəyə çatıb ki, artıq qlobal əhəmiyyətli layihələrin icrası Azərbaycan üçün tamamilə məqbuldur. Beynəlxalq tranzit nəqliyyat marşrutları, enerji daşıyıcıları üzrə boru kəmərləri, müxtəlif formatlı regional əməkdaşlıq, ikitərəfli qaydada layihələrin gerçəkləşdirilməsi ölkənin yüksək səviyyəli imicini formalaşdırıb, şöhrətini bütün dünyaya yayıb. 
İndi Azərbaycan heç bir dövlətdən asılı olmayaraq, öz-özünü dolandırmağı bacaran dövlətlərdəndir. Lakin bu imkan dar düşüncənin çərçivələrini dağıdaraq müstəqilliyin verdiyi azadlıqlar fonunda dünyaya mütəqqi inteqrasiya yoluna çıxıb. Ölkə dünya birliyinin layiqli üzvü rolunda qarşılıqlı inkişaf yolu ilə gedir. Siyasətdə və iqtisadi əməkdaşlıqda dostlarını və tərəfdaşlarını qarşılıqlı mənfəət əsasında özü seçir. Xaricdən gələn hər hansı diqtəni qəbul etmir. Bunun da səbəbi iqtisadi müstəqilliyə, siyasi sabitliyə söykənir. Son 15 ildə əhalinin gəlirlərinin, maaş və pensiyaların, sosial müavinətlərin artımına görə Azərbaycan əksər ölkələri qabaqlayıb. İqtisadi inkişafın təpərliliyinə rəvac verən sahibkarlığın genişlənməsi, əhalinin məşğulluq səviyyəsinin artması, maddi rifah halının yaxşılaşması müstəqilliyin nəticəsi olduğu kimi hökumətin apardığı sosial mahiyyətli siyasət də müstəqilliyi daha da gücləndirib. Bu dönməz yol Azərbaycan xalqını xöşbəxt edən ən böyük nemətdir.
N.NOVRUZ  

Sizin Reklam Yeriniz