Əlaqə Arxiv
news Image
2018.04.24
15:27
| A A A
Qabon Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

 Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:
“Hörmətli cənab Prezident.
Dost Azərbaycan xalqının mütləq əksəriyyəti 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində öz səsini yenidən Sizə verdi.
Zati-aliləri, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz Sizin dövlət xadimi kimi nüfuzunuzun və xidmətlərinizin sübutudur.
Bu xoş fürsətdən istifadə edərək Qabon xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimizi Sizə çatdırmaqdan məmnunluq duyuram. Ali dövləti vəzifənizdə Sizə yeni-yeni uğurlar arzu edirəm.
Ölkələrimiz arasındakı dostluq əlaqələrinin xalqlarımızın maraqlarına uyğun olaraq daim möhkəmləndirilməsi naminə Sizinlə birgə işləmək arzusunda olduğumu bir daha ifadə etməkdən məmnunam.
Cənab Prezident, bir daha Sizə səmimi təbriklərimi çatdırır və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Sizin Reklam Yeriniz