Əlaqə Arxiv
news Image
2018.04.25
18:10
| A A A
Zakir Həsənov Çinə gedir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vei Fenxenin dəvəti ilə aprelin 26-da Pekin şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, rəsmi səfər çərçivəsində ÇXR-nın hərbi-siyasi rəhbərliyinin və digər dövlət strukturlarının rəsmiləri ilə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə nəzərdə tutulan ziyarət zamanı Azərbaycan nümayəndə heyəti Ordumuzun hərbi potensialını gücləndirəcək müasir döyüş texnikaları və digər hərbi təyinatlı məhsullar ilə tanış olacaq.

Sizin Reklam Yeriniz