Əlaqə Arxiv
news Image
2018.04.26
10:41
| A A A
Ramiz Mehdiyev Rusiyanın "Şərəf" ordeni ilə təltif olunub

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi "Şərəf" ordeni ilə təltif edib.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu N.Patruşevin mətbuat katibi Yevgeniy Anoşin deyib.

Y.Anoşin qeyd edib ki, orden Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin IX beynəlxalq görüşü çərçivəsində təqdim edilib:

"Nikolay Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya Prezidentinin sərəncamına əsasən, "Şərəf" ordeni təqdim edib", - Y.Anoşin deyib.

Sizin Reklam Yeriniz