Əlaqə Arxiv
news Image
2018.04.27
07:00
| A A A
AŞPA yenə ikili standartlardan çıxış edir
Elman Məmmədov: “Həmin beynəlxalq qurumların demokratiyadan danışmağa haqqı yoxdur” Adıgözəl Məmmədov: “AŞPA-nın mövqeyində təsadüf yoxdur”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) səsi gəlmir. Söhbət Ermənistanda baş verən hadisələrə münasibətdən gedir. Belə ki, bu qurum Azərbaycanda hansısa kiçik bir hadisə olan kimi onu şişirdib, günlərlə müzakirə edib. Ancaq Ermənistan iqtidarının mitinq iştirakçılarına qarşı tətbiq etdiyi zorakılığı görməzdən gəlir. Halbuki, bu günə qədər yüzlərlə mitinq iştirakçısı saxlanılıb, həbs edilib. Tutulan millət vəkilləri isə ancaq Serj Sarkisyanın devrilməsindən azadlığa çıxa bildirlər. 

Millət vəkili Elman Məmmədov bildirdi ki, ikili yanaşmanı Avropa dövlətləri, BMT, ABŞ, AŞPA tərəfindən 1990-cı illərdən müşahidə edirik: “Görünən odur ki, mövqeləri dəyişmir. Bütün dünya Ermənistanda baş verən hadisələrdə iqtidarın xalqına qarşı törətdiyi vəhşiliyi gördü. Ancaq buna insan haqlarından danışan beynəlxalq qurumlar, dövlətlər reaksiya vermir. Oxşar hadisələr 1990-cı illərdə Azərbaycanda baş verib. Bu məqamdan istifadə edərək Azərbaycanın torpaqlarını işğal etdilər. Həmin bu qurumlar isə ermənilərə bir kəlmə də olsun söz demədilər, hərəkət etmədilər. Amma bir neçə gün əvvəl ATƏT-in Minsk qrupu bəyanat verir ki, böhran vəziyyətində gərək cəbhədə gərginlik yaradılmasın. Xeyirdimi?! 
Hətta Azərbaycanı şərləməklə məşğuldurlar ki, guya Azərbaycan Ordusunu cəbhə bölgəsinə yığıb. Ermənistanı da qudurdan məhz bu amillərdir. Qərb dövlətləri ona nəsə demir. Odur ki, həmin beynəlxalq qurumların demokratiyadan danışmağa haqqı yoxdur. Çünki baş verən hadisələrə münasibətləri regiondakı maraqlarına əsaslanır. Ermənistanı yaradıb, yaşadırlar. Ermənistan vasitəsi ilə Azərbaycana daim böhtan atıblar, təzyiqlər göstəriblər. Odur ki, AŞPA-nın bu münasibətinə görə müstəqilliyimizi qoruyub saxlamaq üçün birliyə malik olmalıyıq”.
Politoloq Adıgözəl Məmmədov bildirdi ki, Avropada demokratik təsisatlar institutları fəaliyyət göstərir: “SSRİ kəşfiyyat orqanları bu praktikadan daha geniş şəkildə istifadə edirdilər. Belə ki, Ermənistan xüsusi xidmət orqanları Avropada hansısa bir şəxsin adına fond təsis edirdi. Həmin fond da qərəzli hesabatlar hazırlayan qeyri-hökumət təşkilatlarına pul ötürür. Bəzən də Azərbaycanda getmiş müəyyən insanlar da həmin fondların “tələsinə” düşürdülər. Bu hallar müstəqil fondları əhatə edir. Ancaq AŞPA konkret tanınan insanlardan təşkil olunmuş təşkilatdır. 
Avropanın aparıcı dövlətlərinin AŞPA-da nümayəndələri var. Məsələn, Fransada erməniləri dəstəkləyən çoxsaylı qüvvələr var. Onlar hətta müəyyən fraksiyaların rəhbərliyində dururlar. Bunlar bütün hallarda erməni mənafeyindən çıxış edəcək. İkinci qrup insanlar isə AŞPA-da erməni fondlarının dəstəyi ilə çıxış edirlər. Yəni, bu qüvvələr sifarişli mövqedən çıxış edirlər. Bir qrup AŞPA nümayəndələri isə ümumiyyətlə, baş verən hadisələrdən xəbərsizdirlər. Təbliğatla məşğul olan insanların təsiri altına düşürlər. Odur ki, AŞPA-nın mövqeyində təsadüf yoxdur”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz