news Image
2018.05.17
14:37
| A A A
“Heydər Əliyev MDB-nin təşəkkülündə böyük rol oynayıb” - Nursultan Nazarbayev

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev təkcə Qazaxıstanla Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsində deyil, həm də Müstəqil Dövlətlər Birliyinin təşəkkülündə böyük rol oynayıb.

Movqe.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev haqqında qazax dilinə tərcümə olunmuş kitaba Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin yazdığı ön sözdə deyilir.

Astanada kitabın təqdimatı zamanı Prezident kitabxanasının direktor müavini Botaqoz Kaipova deyib: “Bir çox ekspertlər Azərbaycanın Ümummilli Liderindən danışarkən deyirlər: böyük ürəkli, istənilən millətin onunla fəxr edə biləcəyi insan”.

Qeyd edək ki, kitabın 500 nüsxədən ibarət ilk tirajını Qazaxıstanın məktəb və universitet kitabxanalarında yerləşdirəcəklər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs