news Image
2012.04.30
10:26
| A A A
Mediapart: "Qəddafi Sarkiziyə 50 milyon avro verib"

Mövqe.az xəbər verir ki, Fransada prezident seçkilərinin ikinci turundan bir müddət əvvəl haqqında söylənilən iddialar Nikolya Sarkozini çətin vəziyyətə salıb. Belə ki, Fransanın internet xəbər saytı ollan Mediapart, Muammer Qəddafi rejiminin Nikolya Sarkozinin 2007-ci ildəki seçki kampaniyasına 50 milyon avro maliyyə yardımı etməyi qəbul etdiyini göstərən sənədi yayımlayıb.

Bu haqqda xəbəri Qəddafinin oğlu Seyfülislam Qəddafi "Euronews"a verdiyi müsahibəsində deyib.

Sarkozinin ikinci turdaki rəqibi sosialistyönlü namizəd Francois Hollande seçki kampaniyasında rəqibini geridə qoyaraq yüksəlməyə davam edir . Hollande Sarkozinin həddindən artıq sağçı olan Milli Cəbhənin səsini qazanmaq üçün söylədiyi sözlərə görə tənqid edib.


Əfqanə Məzahirqızı

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs