Əlaqə Arxiv
news Image
2018.05.21
09:55
| A A A
MN: Dövlət sərhədində mühəndis işlərinə dair Yerevanın bəyanatı məsuliyyətsiz və əsassızdır

"Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün guya aktiv mühəndis işləri aparması barədə məsuliyyətsiz və əsassız bəyanatı ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan hərbçisinin öldürülməsi ilə nəticələnən təxribatına bəraət qazandırmaq və ört-basdır etmək məqsədi güdür". APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Azərbaycan Müdafiə Nazirliyindən bildirib. “Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində vəziyyət son vaxtlar sabit qalmaqda davam edirdi, lakin Ermənistanın müdafiə və xarici işlər nazirləri oraya baş çəkdikdən sonra Ermənistan silahlı qüvvələri təxribat həyata keçirməyə başlayıblar”, - deyə Nazirlikdə  əlavə ediblər.

 
Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan hissəsində Ermənistan ordusunun təxribatının qarşısını alarkən Azərbaycan hərbçisi Tatarov Adil Əli oğlu şəhid olub.

Sizin Reklam Yeriniz