Əlaqə Arxiv
news Image
2018.05.21
10:13
| A A A
Ağ Ev: “Tramp- Kim Çen In görüşü hələ planlaşdırılmaqdadır”

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında iyunun 12-də Sinqapurda gözlənilən görüşü planlaşdırılmaqdadır, D.Tramp  bu məsələni Cənubi Koreya prezidenti Mun Çje İnlə telefon danışığı zamanı müzakirə edib.

 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.  
 
“Prezident Donald Trampın ötən axşam Cənubi Koreya prezidenti Mun Çje İnlə telefon danışığı olub. Liderlər Şimali Koreyadakı son hadisələri müzakirə ediblər və D.Tramp KXDR lideri Kim Çen Inla görüşənədək Cənubi Koreya ilə sıx əlaqələndirilməni davam etdirmək vacib olduğunu qeyd ediblər. Prezident Tramp qeyd edib ki,  Mun Çje İnın mayın 22-də Vaşinqtona səfəri zamanı bu məsələni yenidən müzakirə edəcəyini bildirib”, - deyə Ağ Evin məlumatında bildirilir.   
 
Qeyd edək ki, D.Tramp bundan əvvəl KXDR lideri ilə görüşünün iyunun 12-də Sinqapurda baş tutacağını bildirib. Pxenyan daha sonra xəbərdarlıq edib ki, əgər ABŞ Koreya yarımadasının birtərəfli şəkildə nüvəsizləşdirilməsini tələb etməkdə davam edərsə, onda KXDR planlaşdırılan görüşdən imtina edəcək.   

Sizin Reklam Yeriniz