Əlaqə Arxiv
news Image
2018.05.21
21:30
| A A A
İran XİN sözçüsü: “Bizi Suriyadan çıxmağa heç kim məcbur edə bilməz”

“İranı heç kim Suriyadan çıxarmağa məcbur edə bilməz”.

“Report” “Təsnim”ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi mayın 21-də Tehranda keçirdiyi mətbuat konfransıda jurnalistin “Rusiya xarici qüvvələrin Suriyadan çıxmasını istəyir. İranı Suriyadan çıxmağa məcbur etmək mümkündürmü” sualına cavabında bildirib.
“Nə qədər ki, Suriya hökuməti bunu istəyir və hələ terrorçuluq var, İran bu ölkədə qalacaq. Hakimiyyətin icazəsi olmadan Suriyaya gələnlər bu ölkəni tərk etməlidirlər”, - B.Qasimi bildirib. 

Sizin Reklam Yeriniz