Əlaqə Arxiv
news Image
2018.05.21
22:30
| A A A
“Taliban” Əfqanıstanda 86 kəndi ələ keçirib, türkmənlər evlərini tərk edib
Qunduz, Covuzcan, Faryap və Bəlx əyalətlərinin 34 rayonunda etnik türkmənlər sıx yaşayır

Əfqanıstanla sərhəddə, o cümlədən ölkənin şimalındakı silahlı qarşıdurma nəticəsində etnik türkmənlər öz evlərini tərk ediblər.

“Report” CA-NEWS-a istinadən xəbər verir ki, bunu Əfqanıstanın Qunduz əyalətinin yerli məclisinin deputatı Səid Əsədulla Sadat bildirib.
“Taliban” qruplaşması Kalayzal rayonunun 86 kəndini ələ keçirib. Həmin ərazidəki hökumət qoşunları “Taliban” tərəfindən sıxışdırılıb”, - o vurğulayıb.
Həmin əyalətlərə “Taliban” bu ilin aprelindən hücuma keçib. Ona görə də yerli əhali, o cümlədən etnik türkmənlər evlərini tərk ediblər.
Qunduz, Covuzcan, Faryap və Bəlx əyalətlərinin 34 rayonunda etnik türkmənlər sıx yaşayır. Əfqanıstanda 3,5-4 milyon türkmən yaşadığı ehtimal olunur.
Faryapın 9, Covuzcanın 3, Bəlxin 1 rayonu Türkmənistanla sərhəddə yerləşir. Ümumilikdə, Əfqanıstanla Türkmənistan arasında sərhədin uzunluğu 800 km-dən artıqdır.  

Sizin Reklam Yeriniz