Əlaqə Arxiv
news Image
2018.05.23
11:35
| A A A
Ermənistanın daha bir hərbi qulluqçusu öldü

Dünən saat 13:30 radələrində Ermənistanın cənub-qərb istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda 1998-cu il təvəllüdlü erməni hərbi qulluqçu, sıravi Martin Qriqor Xaçatryanın meyiti aşkar edilib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Onun qarın nahiyəsindən yaralanaraq öldüyü bildirilir. 

Rəsmi məlumatlara görə, Martin Xaçatryan 2017-ci ildə Gümrü hərbi komissarlığından hərbi xidmətə çağırılıb. Faktla bağlı araşdırma aparılır. (Ordu.az)

Sizin Reklam Yeriniz