Əlaqə Arxiv
news Image
2018.05.23
18:09
| A A A
AXC-nin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

Bu gün, mayın 23-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi münasibətilə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi Masallı şəhər 3 nömrəli tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyəti 100” mövzusunda tədbir keçirildi. 
Tədbirdə Mərkəzin işçisi Rəşad Dadaşov məlumat verdi ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi ilə bağlı Sərəncam imzalamışdır. Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks etdirmir, həm də Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Dövlət başçısının Sərəncamında da milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi əhəmiyyətlidir. Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdə özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi, mənəvi varisi elan etdi.
Daha sonra Mərkəzin bələdçisi  Aybəniz Novruzova tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçirilir, kitablar nəşr olunur, sənədli filmlər çəkilir. A.Novruzova vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalıb. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 
Tədbirin sonunda şagirdlərlə diskusiya keçirildi.


                                          Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz