Əlaqə Arxiv
news Image
2018.05.23
16:10
| A A A
Narek Sarqsyan: "İndi xalq cəbhədə veriləcək hər qurbana görə hökumətdən hesabat tələb edəcək!"

Qarabağda yenə əsgər ölüb... Bu, inqilabdan sonra cəbhədə verilən ilk qurbandır. Bəs erməni xalqı əbədi müharibə şəraitində yaşamağa məhkumdurmu? Əlbəttə ki, yox!

Odur ki, Ermənistanın yeni, qanuni hökuməti gec-tez bizim əsas problemimizlə bağlı suala cavab verməlidir: o, öz xalqına sülhü necə gətirəcək? Qoy güzəştlərlə gətirsin, qoy xalqa bunun baha başa gələciyini izah etsin. İnsanlar anlayacaq. Axı əvəzində dəyərli bir şey - sülh qazanacağıq.

Bu, mütləq baş verməlidir. Hansı yolla olursa, olsun. İstər Azərbaycanı inandırmaqla, istər kapitulyasiya ilə. Xalq buna dəstək verəcək, bu dəyər uğrunda bir nəfər kimi mübarizə aparacaq. Təki problemin yaxşı bir çözümü olsun.

Problem elə həll olunmalıdır ki, Levon Ter-Petrosyan və bizim Erməni Milli Konqresinin bütün üzvləri xəcalətdən utanaq. Görək ki, səhv etmişik, məsələnin həll yolu varmış, sadəcə, biz bacarmamışıq. Ancaq qoy bu həll yolunu ortaya qoysunlar.

Qarabağ münaqişəsi sonsuzadək uzanacaq problem deyil. Beynəlxalq ictimaiyyət məsələnin həllinə icazə verəcəksə, xalq verməyəcək? Sadəcə, diktator, qatil (Serj Sarqsyan nəzərdə turulur - red.) heç nə edə bilməzdi. Çünki o, heç zaman səmimi olmayıb.

"Məxməri inqilab" isə ilk növbədə insanların qorxusunu aradan qaldırıb. Bunan sonra insanlar cəbhədə veriləcək hər qurbana görə yeni hökumətdən hesabat tələb edəcək. Bir müddət sonra baş nazirin qurbanların dəfnində iştirakı kifayət etməyəcək və dövlət başçısının bu qeyri-adi addımı artıq heç kəsi təəccübləndirməyəcək!

Bir sözlə, Qarabağ münaqişəsi həll olunmalıdır! Güzəştlər hesabına da olsa, baha başa gəlsə də, həll edilməlidir! Başqa yol yoxdur!

Qonşuları ilə davamlı müharibə şəraitində yaşayan ölkələr azad və xoşbəxt olmur!

Mamul.am, Ermənistan

Sizin Reklam Yeriniz