Əlaqə Arxiv
news Image
2018.05.24
10:00
| A A A
Anti-Azərbaycançıların qaçılmaz iflası
Məmməd Əlizadə: “Azərbaycan xalqı mövcud iqtidarı dəstəkləyir, onun apardığı siyasəti bəyənir, belə vəziyyət isə düşmənlərimizi qətiyyən qane etmir” Elşən Manafov: “Hakimiyyət davamlı islahatlar həyata keçirməklə bu qüvvələrin həmin cəhdlərini puça çıxaracaq”

Azərbaycanda qeyri-sabit vəziyyət yaratmaq üçün ölkəyə təzyiq cəhdləri davam edir. Radikal müxalifətdən,  5-ci kolondan bu məsələdə yenə istifadə olunur. 

Qeyd edək ki, Azərbaycan gücləndikcə, beynəlxalq arenada nüfuzu yüksəldikcə, ölkəmizin bu uğurlarından əndişələnən, narahatlıq keçirən xarici qüvvələr daha pis vəziyyətə düşürlər. 
Politoloq Məmməd Əlizadə bildirdi ki, xarici dairələrin ölkəmizə yönəlik təzyiqlərdə məqsəd Azərbaycanı öz təsir dairələrinə salmaq cəhdlərindən ibarətdir: “Azərbaycanı sevməyən, onu öz təsirləri altında saxlamaq istəyən qüvvələr hər zaman ölkəmizə münasibətdə təzyiq metodlarından istifadə etməyə çalışıblar. Bu hal bizim üçün heç də yeni deyil. Azərbaycan öz inkişafı yolunda uğurla irəliləyir. Ölkəmiz ildən-ilə dünya miqyasında daha da güclənir. Onun mövqeyilə getdikcə daha çox dövlətlər hesablaşmalı olur. Bu isə ölkəmizi sevməyən qüvvələrin, ermənipərəst dairələrin heç də ürəyindən deyil. 
Həmçinin, Azərbaycanda xalqla hakimiyyətin birliyi mövcuddur. Bunu son seçkilər də göstərdi. Seçicilərin böyük əksəriyyəti Prezident İlham Əliyevi yenə də dəstəklədi. Bu da onu göstrərir ki, Azərbaycan xalqı mövcud iqtidarı dəstəkləyir, onun apardığı siyasəti bəyənir. Belə vəziyyət isə düşmənlərimizi qətiyyən qane etmir. Ona görə də hər fürsətdən istifadə edərək çalışırlar ki, Azərbaycanı ləkələsin, burada qeyri-stabil vəziyyət yaratsınlar. Bu zaman da radikal müxalifət təəssüf ki, onlara öz çirkin əməllərində “yardımçı” olur. 
Radikal müxalifət onsuz da uzun illərdir ki, öz əməllərilə dövlətimizə və xalqa xidmət etmədiyini ortaya qoyub. Onlar xarici qüvvələrin əlində bir oyuncaqdır, istədikləri an öz çirkin məqsədlərinin həyata keçməsi üçün istifadə olunur, lazım olmayanda da kənara atırlar. Bu qüvvələrin həmin çirkin əməllərdə məqsədi Azərbaycanı özlərindən asılı bir dövlətə çevirmək, öz istəklərinə uyğun ondan yararlanmaqdan ibarətdir. Lakin əbəs yerə bu istiqamətdə baş sındırırlar. Bu günə qədər çirkin niyyətlərinə nail ola bilmədikləri kimi, bundan sonra da heç bir zaman Azərbaycanı öz müstəqil yolundan sapdıra bilməyəcəklər. Azərbaycan bütün hallarda yenə də müsətqil siyasət yürütməkdə davam edəcək, heç bir kənar dövlər ölkəmizdən özlərinin çirkin məqsədləri üçün istifadə edə bilməyəcəklər. Nə hakimiyyət, nə də xalqımız buna imkan verməyib, bundan sonra da verməyəcək”. 
Politoloq Elşən Manafovun fikrincə, xaricdə bəzi qüvvələr ölkəmizlə təzyiq dililə danışmağa üstünlük verir. Ona görə çirkin istəklərinin reallaşması üçün də həmin dairələr Azərbaycanda qeyri-sabitliyin olmasında maraqlıdırlar: “Azərbaycanda qeyri-sabitliyin yaranması üçün atıla biləcək addımlar Qərbdə müəyyən dairələrin dövlətimizlə təzyiq dililə danışmaq istəklərindən irəli gəlir. Amma hakimiyyət davamlı islahatlat həyata keçirməklə bu qüvvələrin həmin cəhdlərini puça çıxaracaq”. 
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz