Əlaqə Arxiv
news Image
2018.05.24
12:36
| A A A
Diaspor fəalı: Bu film göstərir ki, Rüstəm İbrahimbəyov açıq şəkildə ermənilərin maraqlarına xidmət edir

Azərbaycanın tanınmış kinorejissoru Ayaz Salayevin Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi haqqında mətbuatda dərc olunan məqaləsini oxudum və çox təəssüfləndim.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədrinin müavini Murad Cəfərov söyləyib.

“Rüstəm İbrahimbəyov kimi Vətən xaini hələ bu düşüncə ilə prezident də olmaq istəyirdi. Belə satqın, xəyanətkar biri dövlət başçısı olsaydı nəinki Qarabağı, hətta digər torpaqlarımızı da ermənilərə verərdi. Onun öz xalqına qarşı bu yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır”, - deyə M.Cəfərov bildirib.

Diaspor fəalı vurğulayıb ki, Rüstəm İbrahimbəyov həmişə Azərbaycanın maraqlarının əleyhinə işləyib. O, Xocalı soyqırımı haqqında film çəkmək əvəzinə, ermənilərin maraqlarına xidmət edən film çəkdi: “Xatırlatmaq istərdim ki, hələ 2002-ci ildə erməni əsilli Kanada rejissoru Atom Eqoyan qondarma “erməni soyqırımı” haqqında film çəkərək Kann festivalına çıxarmışdı. Onda bu rejissorun çəkdiyi film haqqında müsahibəsini oxudum. O, həyatı boyu bu cür filmi çəkmək xəyalında olduğunu qeyd etmişdi. İndi gəlin, Rüstəm İbrahimbəyovla onu müqayisə edək və nəticə çıxaraq. Görünür, İbrahimbəyovun başqa xəyalları var. Bu xəyallara milli maraqları müdafiə etmək marağı daxil deyil”.

Sizin Reklam Yeriniz