Əlaqə Arxiv
news Image
2018.05.24
19:30
| A A A
ABŞ Prezidenti: “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq”

“Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq”.

Movqe.az-ın xəbərinə görə, bu, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb.
“ATƏT-in Minsk qrupunun həmsədri kimi, Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”, - D.Tramp əlavə edib.

Sizin Reklam Yeriniz