Əlaqə Arxiv
news Image
2013.04.09
12:04
| A A A
Con Kerri: "Barış asan deyil, amma mümkündür"
ABŞ-ın xarici işlər naziri Con Kerri İsrailə səfərinin ikinci günündə Holokost anım mərasiminə qatılıb

Kerri, mərasimdən sonra, axşam saatlarında İsrailin dövlət başçısı Şimon Pereslə bağlı qapılar arxasında görüş keçirib. 


Görüşdən sonra təşkil edilən ortaq mətbuat toplantısında Ş. Peres, Holokost (soyqırım) qurbanlarının anma günündə aralarında Kerrini görməkdən məmnun olduğunu dilə gətirib. 


 "Orta Şərqdə bir sülh rüzgarı əsir. Obamanın yenidən seçilərək, bölgəyə 

uğurlu səfəri, İsraildə qurulan yeni hökumət, bunların hamısının birləşməsi barış inamına zəmin yaratdı"- deyə, Peres bildirib.


Barışın mümkün olduğunu ifadə edən Peres, bu sözləri deyib: " Barış mümkündür. İnanıram ki, aradakı məsafələrə körpülər qurula bilər. Anlaşılmazlıqları danışıqlarla da aradan qaldırmaq olar. İki dövlətli həll ən yaxşı həlldir və bu anlaşmanın parametrləri, mövcud iki xalq üçün iki dövlətdir. Yəhudilər üçün İsrail, ərəblər üçün Fələstin dövləti". 



ABŞ xarici işlər naziri Kerri isə, sülh prosesinə qarşı olaraq, "Hamımız bilirik ki, bu asan deyil, amma sizin də söylədiyiniz kimi mümkündür. İllərdir, sizin liderlərinizin də dediyi kimi, insanlar iki dövlət həllinin mümkünlüyünə inanır, gediləcək bir yol olduğuna razıyam. Hər kəsə söylədiyim çətinliklər qarşısında bir fikrim yoxdur. Amma buna çatmaq üçün ehtimallara inanmalısınız. Əminəm ki, birlikdə işləyərək, gələcək aylarda bir-birimizi daha tez-tez görəcəyik"-deyə danışıb. 


İran mövzusuna da toxunan Peres, bunları söyləyib: "İran təhdidi hələ də, mövcuddur. İran rejimi regional sülh, sabitlik və təhlükəsizlik üçün təhdid, böyük bir hegemonluq hərisliyidir. Obama və qlobal koalisiya İranın nüvə gücünə malik olmasının qarşısını almağa qərarlıdır. Sizi əmin edirəm ki, 

bu məsələnin diplomatik yolla həllini axtaracağıq, amma gözlərimiz açıqdır və bilirik ki, vaxt gedir".


Sizin Reklam Yeriniz