Əlaqə Arxiv
news Image
2018.05.24
15:58
| A A A
Deputat: "Belə bir məzmunda filmin ssenarisini yazan şəxsin azərbaycanlı qanı daşıması şübhə doğurur"
Musa Qasımlı: "Həmin film və onun müəllifi artıq Azərbaycan xalqı üçün yoxdur!”

“Belə bir məzmunda filmin ssenarisini yazan şəxsin azərbaycanlı qanı daşıması şübhə doğurur. Çünki, əsl azərbaycanlı heç bir zaman öz millətini bu qədər aşağılamazdı”. 
Bu sözləri Movqe.az-a Milli Məclisin deputatı Musa Qasımlı Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu, Azərbaycan xalqını aşağılayan "Qafqaz üçlüyü" filminin çəkilməsinə münasibət bildirərkən deyib. 
Millət vəkili bildirib ki, belə bir filmin çəkilməsi  və onda millətimizin aşağılanması, təhqir edilməsi bəlli mərkəzlərin strateji hədəflərinin yerinə yetirilməsi məqsədini güdür, millətimiz haqqında mənfi ictimai rəy yaratmağa yönəlib: “Filmin ssenaristi və onu çəkənlər bilməliydilər ki, Azərbaycan xalqı dünyanın dövlət qurucu, mədəniyyət qurucu olan bir neçə xalqından biridir. Azərbaycan xalqı qonşularına, ilk növbədə ermənilərə qucaq açaraq öz torpağını verib, çörəyinin tikəsini bölüb, suyunu verib. Azərbaycan xalqında heç vaxt digər xalqlara nifrət olmayıb. Əksinə, erməni terror siyasi təşkilatları azərbaycanlıları, körpələri, qadınları diri-diri su quyularına, yanan təndirlərə atıblar, hamilə qadınların qarınlarına süngü keçiriblər, körpələri divara  mıxlayıblar. Azərbaycan xalqının belə bir obrazını yaradan şəxs hesab edirəm ki, azərbaycanlı adını daşıdamağa layiq deyildir, Azərbaycan xalqı arasında onun yeri yoxdur!”
M. Qasımlı hesabedir ki? bu film bəlli mərkəzlərin sifarişi ilə ölkəmizə, xalqımıza, dövlətimizə qarşı yürüdülən strateji xəttin bir hissəsi, bir elementidir: "Burada göstərmək istəyirlər ki,  Azərbaycan xalqı mədəni xalq deyil, digər xalqlar onlarla bir yerdə yaşaya bilməzlər, güya qonşuları onlardan əziyyət çəkir. Bu ictimai rəyin film vasitəsilə formalaşdırmaq istəyirlər. Son hədəf Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunu və ətraf rayonlarını qopartmaq, Azərbaycanın mənfi imicini formalaşdırmaqdır. Amma tarixi həqiqət və gerçəkliklər olduğu kimi qalır. Bu filmin çəkilməsinin başqa bir səbəbi, həmin mərkəzlərin Azərbaycanın multikultralizm siyasətinin əleyhinə fikir formalaşdırmaqdan ibarətdir. Reallıqda Azərbaycanda hamı bərabər yaşayır. 
Rüstəm İbrahimbəyovun senari müəllifi olduğu "Qafqaz üçlüyü" filmi isə göstərir ki, sanki, azərbaycanlılar belə tolerant yaşamaqdan uzaqdırlar. Belə hesab edirəm ki, həmin film və onun müəllifi artıq Azərbaycan xalqı üçün yoxdur!”.

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz